ABŞ-da aktiv neft quyularının sayı 2% artıb

ABŞ-da aktiv neft quyularının sayı 2% artıb ABŞ-da neft hasilatı bir müddət sonra artmağa başlayacaq
Energetika
19 Dekabr , 2016 09:30
ABŞ-da aktiv neft quyularının sayı 2% artıb

Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı dekabrın 10-dan 16-dək 13 ədəd və ya 2,08% artaraq 637-yə çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 12 ədəd və yaxud 2,41% artaraq 510 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,8% artaraq 126 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 31 ədəd və yaxud 5,73%, qaz quyularının sayı isə 42 ədəd və yaxud 25%, ümumilikdə isə neft-qaz quyularının sayı 72 ədəd və yaxud 10,16% azalıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu ilin mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 61,4% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 68,3% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, noyabrın 30-da Vyanada keçirilən OPEC-in sammitində neft hasilatının azaldılması qərara alınıb. Yaxın 3-6 ay müddətində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət etməsi gözlənilir ki, belə olduğu təqdirdə ABŞ-da aktiv neft quyularının sayında ciddi artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi