ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 11 ədəd artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 11 ədəd artıb Hesabat bayram səbəbindən bir gün əvvəl açıqlanıb
Energetika
14 Aprel , 2017 12:05
ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 11 ədəd artıb

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı aprelin 8-dən aprelin 13-dək 8 ədəd və ya 0,95% artaraq 847-yə çatıb. Qeyd edək ki, bu həftə hesabat ABŞ-da bayram səbəbindən 1 gün erkən açıqlanıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 11 ədəd və yaxud 1,64% artaraq 683 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 1,82% azalaraq 162 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2-yə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 332 və yaxud 94,6%, qaz quyularının sayı isə 73 ədəd yaxud 82,02%, ümumilikdə isə neft-qaz quyularının sayı 407 ədəd və yaxud 92,05% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,16 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 57,55% aşağıdır.

"Baker Hughes"ə görə, ABŞ-da gündəlik neft hasilatı son 13 ayın maksimal həddinə çatıb və 9,235 mln. barel təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 50-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında da artım davam edəcək. Bu isə öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq. 

Son xəbərlər

Orphus sistemi