ABŞ-da aktiv neft-qaz quyularının sayı azalmağa davam edir

ABŞ-da aktiv neft-qaz quyularının sayı azalmağa davam edir Buna baxmayaraq, neft hasialtı 2017-ci ilin rekord səviyyəsinə yüksəlib
Energetika
9 Oktyabr , 2017 13:13
ABŞ-da aktiv neft-qaz quyularının sayı azalmağa davam edir

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 30 sentyabr-6 oktyabr həftəsində 2 ədəd və ya 0,26% azalaraq 748 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 4 ədəd və yaxud 0,43% azalaraq 936 ədədə geriləyib.

Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 320 və yaxud 75%, qaz quyularının sayı isə 93 ədəd və ya 99%, ümumilikdə isə neft-qaz quyularının sayı 412 ədəd və yaxud 78,6% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,37 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,5% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 55 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək". Hazırda aktiv quyuların sayında müşahidə olunan azalmanın səbəbi kimi baş vermiş qasırğalar göstərilir. Qısa müddət ərzində aktiv quyuların sayında kəskin artım müşahidə oluna bilər.

Qeyd edək ki, cari ilin avqust ayının 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda aktiv quyuların sayı bu səviyyədən 20 ədəd və ya 2,6% aşağıdır. Aktiv neft quyularının sayında azalmanın olmasına baxmayaraq, ABŞ-da neft hasilatı 2017-ci ilin rekord səviyyə olan 9,56 mln. barel/günə yaxındır. Qeyd edək ki, ABŞ-da rekord neft hasilatı 9,61 mln. barel/gün təşkil edir.

Son xəbərlər

Orphus sistemi