ABŞ Çinə qaz ixracına başlayıb

ABŞ Çinə qaz ixracına başlayıb Çin bu ilin ilk yarısında maye qaz idxalını 21% artırıb
Energetika
25 Avqust , 2016 12:59
ABŞ Çinə qaz ixracına başlayıb

Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ-dan Çinə ilk dəfə maye qaz ixracı həyata keçirilib. "Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, Panama kanalının yenidən qurulmasından sonra ABŞ yanacağının Asiya bölgəsinə ixracı asanlaşıb. Qəzet bidirib ki, maye qaz "Royal Dutch Shell" şirkəti tərəfindən Meksika körfəzinin "Sabine Pass" ixrac terminalından Çinin Yantyan limanına çatdırılb. Qazı orada "China National Offshore Oil Corp." şirkəti uzunmüddətli müqavilə çərçivəsində qəbul edib. Qeyd edək ki, əvvəllər ABŞ Panama kanalından keçiddə mövcud problemlər səbəbindən Asiyanın maye qaz bazarında rəqabət apara bilmirdi.

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Adminstrasiyası (EİA) bildirib ki, kanalın genişləndirilməsi yanacağın çatdırılması müddəti və xərclərini aşağı salıb: "Bu, bizə Asiya bazarlarına çıxmağımıza kömək edəcək". Belə ki, maye qazın çatdırılma müddətinin 30% azalaraq 20 günə, nəqliyyat xərclərinin isə hər barel üçün 1,8 dollar azalması proqnozlaşdırılır.

"S&P Global Platts" şirkətinin analitiki Styuart Elliota (Stuart Elliot) görə, Yaponiya və Cənubi Koreyada maye qaza tələbatın azalması əsas qaz alıcısının Çin olmasına gətirib çıxarır. Çin bu ilin ilk yarısında maye qaz idxalını 21% artıraraq 11,5 mln. tona çatdırıb. Ölkə enerji balansında qazın payını 2020-ci ilə qədər hazırkı 5%-dən 10%-ə yüksəltmək niyyətindədir. Bu ölkənin əsas qaz təchizatçıları isə hazırda Avstraliya və Qətərdir.

Qeyd edək ki, ABŞ ilk qaz ixracını fevral ayında Braziliyaya, apreldə isə Avropaya həyata keçirib.Bu il ABŞ-da 40 mln. ton illik gücə sahib olan yeni zavodların istismara verilməsi gözlənilir ki, bu da qaz qiymətlərinin yüksəlməsini əngəlləyəcəyi gözlənilir. Hazırda qazın 1000 kub metrinin qiyməti 99,16 ABŞ dolları təşkil edir. 

Son xəbərlər

Orphus sistemi