ABŞ Çinə İran nefti ilə bağlı güzəşt tətbiq edib

ABŞ Çinə İran nefti ilə bağlı güzəşt tətbiq edib Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ Çinin 180 gün ərzində İrandan gündəlik 360 min barel neft almasına razılıq verib.
Energetika
6 Noyabr , 2018 16:08
ABŞ Çinə İran nefti ilə bağlı güzəşt tətbiq edib
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ Çinin 180 gün ərzində İrandan gündəlik 360 min barel neft almasına razılıq verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Çinin gömrük qurumunun məlumatına görə, cari ilin yanvar – sentyabr ayları ərzində Çin İrandan orta hesabla gündəlik 650 min barel neft alırdı.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi