Bakı. 10 iyul. REPORT.AZ/ “ABŞ Türkiyənin iştirak etdiyi Cənub Qaz Dəhlizi (SGC) və Şərqi Aralıq Dənizi kimi qaz layihələrinin qlobal enerji təhlükəsizliyinə töhfə verəcəyinə inanır”. “Report” xəbər verir ki, bunu İstanbulda keçirilən XXII Dünya Neft Konqresinin açılış mərasimində çıxış edən ABŞ dövlət katibi Reks Tillerson deyib.
R.Tillerson SGC-nin Avropa qaz təchizatının diversifikasiyası baxımından da əhəmiyyətli olacağını xatırladıb və bu layihələrin Avropaya enerji resurslarının idxalının diversifikasiyası və qitənin enerji təhlükəsizliyi baxımından da planlara uyğundur.