ABŞ BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satacaq

ABŞ BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satacaq Bakı. 22 may. REPORT.AZ/ ABŞ-ın Venture Global Calcasieu Pass şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında maye qazın tədarükü ilə bağlı saziş imzalanıb.
Energetika
22 May , 2018 10:50
ABŞ BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satacaq
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ ABŞ-ın "Venture Global Calcasieu Pass" şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında maye qazın tədarükü ilə bağlı saziş imzalanıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, saziş amerikalıların BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satmasını nəzərdə tutur. 

Sazişə əsasən, BP maye qazı "Venture Global Calcasieu Pass"dan FOB (Free on Board) şərtləri əsasında alacaq. Qaz 2022-ci ildə istismara veriləcək qaz terminalından yüklənəcəq. 

Xatırladaq ki, ABŞ şirkəti bundan əvvəl maye qazın satışı ilə bağlı Böyük Britaniya - Niderland müəssisəsi - "Shell", İtaliyanın "Edison S.p.A" və Portuqaliyanın "Galp" şirkətləri ilə 6 saziş imzalayıb.

Son xəbərlər

Orphus sistemi