ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Energetika
14 Mart , 2019 04:58
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin (EİA) "Qısamüddətli energetika proqnozu"nun mart nəşrində deyilir.

Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyon barel neft və kondensat çıxarılacaq.

Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə 0,79 milyon barel təşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq - 0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə 0,78 milyon barel neft və müvafiq olaraq 0,76 milyon barel kondensat səviyyəsində proqnozlaşdırılır.

Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi 0,76 milyon barel neft kondensat təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi