ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir

ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ Azərbaycana aid Şahdəniz yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir.
Energetika
13 sentyabr 2018 17:17
ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir

Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir. 

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib. 

ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib. 

"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi