ABŞ "Allseas" və "Saipem" şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ "Allseas" və "Saipem" şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ Şimal axını-2 qaz kəmərinin çəkilişində iştirak edən iki podratçı şirkətə qarşı sanksiyalar tətbiq edə bilər.
Energetika
9 Yanvar , 2019 11:52
ABŞ Allseas və Saipem şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər
Reuters

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ "Şimal axını-2" qaz kəmərinin çəkilişində iştirak edən iki podratçı şirkətə qarşı sanksiyalar tətbiq edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Handelsblatt" mənbələrinə istinadən məlumat verib.

Qanun layihəsinin hazırlanması ilə Dövlət Departamenti məşğuldur. Söhbət İsveçrənin "Allseas" və İtaliyanın "Saipem" şirkətlərinə qarşı sanksiyalardan gedir.

Nəşr qeyd edir ki, Almaniyada mümkün sanksiyalardan narahatdırlar və bu məsələdə Vaşinqtona təsir göstərməyə çalışırlar.

"Saipem" şirkətindən məsələyə şərh verməkdən imtina ediblər, "Allseas"dan isə sanksiyalara hazırlıqla bağlı məlumatlarının olmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi