AB-nin ən çox neft idxal edən ölkəsi Estoniya, idxal etməyəni isə Danimarkadır

AB-nin ən çox neft idxal edən ölkəsi Estoniya, idxal etməyəni isə Danimarkadır Avropa Statistika İdarəsi (Eurostat) 2017-ci ildə Aİ-nin 87%-nin neft idxalından asılı olduğunu bildirsə də, bu, 2015-ci il ilə müqayisədə 2% azdır.
Energetika
28 Avqust , 2019 18:31
AB-nin ən çox neft idxal edən ölkəsi Estoniya, idxal etməyəni isə Danimarkadır

Avropa Statistika İdarəsi (Eurostat) 2017-ci ildə Aİ-nin 87%-nin neft idxalından asılı olduğunu bildirsə də, bu, 2015-ci il ilə müqayisədə 2% azdır.

“Report” xəbər verir ki, bu barədə AB üzvü olan ölkələrin neft idxalı ilə bağlı 2017-ci ilin statistikasında deyilir.

Məlumatlara görə, AB-yə üzv olan 18 ölkə enerjiyə olan tələbatının hamısını idxal etdiyi neftin hesabına ödəyib.

Neft idxalından ən çox asılı olan ölkə 115%-lə Estoniyadır. İkinci pillədə 104%-lə Malta, 3-cü pillədə isə 103%-lə Sloveniya qərarlaşıb.

Bundan başqa, neft idxalından asılı olmayan AB ölkəsi Danimarka, ən az idxalatdan asılı olan ölkə isə 35%-lə İngiltərədir. 

Son xəbərlər

Orphus sistemi