8-ci km qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

8-ci km qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq Aparılan işlərin Xətai rayonu və UPD yaşayış massivinin qaz təchizatına da təsir göstərməsi mümkündür
Energetika
118
6 Yanvar , 2017 09:44
8-ci km qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonu, Ə.Kürçaylı küçəsi,20 ünvanında yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Report" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin məlumatında qeyd olunub.

Qurumdan bildirilib ki, aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi