30 ölkədə bərpa olunan enerjinin maya dəyəri neft və qazdan aşağı düşüb

30 ölkədə bərpa olunan enerjinin maya dəyəri neft və qazdan aşağı düşüb Yaxın illərdə 80% ölkədə enerjinin maya dəyərində paritet əldə olunacaq
Energetika
27 Dekabr , 2016 16:15
30 ölkədə bərpa olunan enerjinin maya dəyəri neft və qazdan aşağı düşüb

Bakı. 27 dekabr. REPORT.AZ/ Dünyada 30-dan çox ölkədə bərpa olunan enerjinin maya dəyəri neft və qazla bərabərləşib və ya bundan daha ucuz olmağa başlayıb. "Report", "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq İqtisadiyyat Forumunun (İEF) dekabr hesabatında bildirilir. 

Hesabata əsasən, bu ölkələr arasında əsas yeri Avstraliya, Braziliya, Meksika və Çili tutub. Digər ölkələrin adı çəkilməsə də "Deutsche Bank"ın bir qədər əvvəl dərc etdiyi məqalədə bu kateqoriyadan olan ölkələr sırasında Almaniya, İsrail, Yeni Zelandiya, Türkiyə, Yaponiya və digərlərinin adı yer alıb.

İEF-in Uzunmüddətli investisiyalar Departamentinin rəhbəri Maykl Drekslerə (Michael Drexler) görə, bərpa olunan enerjinin taleyi "qırılma nöqtəsində"dir: "Günəş və külək enerjisi çox rəqabətə davamlı olub, onların maya dəyəri kəskin aşağı düşüb. Bu isə nəinki kommersiya nöqteyi nəzərindən faydalı, həmçinin investisiyalar üçün uzunmüddətli, sabit, gəlirlərin inflyasiyadan qorunması cəhətdən cəlbedicidir". 

İEF-in hesabatına görə, yaxın illərdə ölkələrin 4/5-də bərpa olunan enerjinin maya dəyərinin ənənəvi enerji ilə paritetə çatması təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi