I rübdə “Azəriqaz”ın yeni abonentlərinin sayı 20 mini ötüb

I rübdə “Azəriqaz”ın yeni abonentlərinin sayı 20 mini ötüb Bu ilin mart ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 135 yeni abonent qeydiyyata alınıb.
Energetika
20 Aprel , 2020 17:25
I rübdə “Azəriqaz”ın yeni abonentlərinin sayı 20 mini ötüb
Report

Bu ilin mart ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 135 yeni abonent qeydiyyata alınıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu statistik göstəriciyə Bakı, Abşeron və Sumqayıt üzrə 3 486, regionlar üzrə isə 1 649 abonent daxildir.

Bu ilin ilk 3 ayı ərzində isə  əhali sektoru üzrə 23 581 yeni abonent qeydiyyata alınıb. Beləliklə, hazırda Azərbaycanda qazla təmin edilən əhali qrupu abonentlərinin ümumi sayı 2 milyon 271 min 431-ə bərabərdir. Bundan 1 milyon 396 min 145 abonent regionların, 875 min 286 abonent Bakı şəhərinin payına düşür.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi