240 hündürmərtəbəli binaya təbii qaz verilib

240 hündürmərtəbəli binaya təbii qaz verilib Bu binalarda 11 266 mənzil var
Energetika
1 Avqust , 2017 17:18
240 hündürmərtəbəli binaya təbii qaz verilib

Bakı. 1 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) 240 çoxmərtəbəli binaya qaz verib. 

Bu barədə “Report”a “Azəriqaz”ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu proses ümumilikdə, 11266 mənzili əhatə edib. 

"İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır", - deyə "Azəriqaz"dan bildirilib. 

Son xəbərlər

Orphus sistemi