2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq

2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq Rusiyanın əsas neft-qaz yataqları son istismar səviyyəsindədir
Energetika
20 Sentyabr , 2017 20:58
2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq

Moskva. 20 sentyabr. REPORT.AZ/ Dünyada yeraltı enerji ehtiyatlarının enerji mənbələrində xüsusi çəkisi 2050-ci ilə kimi 50%-ə qədər azalacaq, amma 2034-cü ildən etibarən təbii qaz əsas enerji mənbəyinə çevriləcək. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Sergey Donskoy tərəfindən Tümendə keçirilən neft-qaz forumunda verilib.

"Enerji mənbələrinin diversifikasiya edilməsinə baxmayaraq, ekspertlərin fikrincə, 2050-ci ilə kimi, yeraltı enerji mənbələrinin xüsusi çəkisi 80%-dən 50%-ə enəcək. Neft və qazın payı 44% təşkil edəcək. Hazırda isə bu göstərici 53%-ə bərabərdir",- deyə nazir açıqlamasında deyib.

"Rusiyanın əsas neft- qaz hövzələri olan Qərbi Sibir, Volqa-Ural, Şərqi Sibir kimi bölgələrdə istismar son həddə yaxınlaşıb. Bu bölgələrdə iri yataqların aşkar edilməsi faktiki olaraq imkansızdır. Yeni iri yataqların Sibirin şimalında və kontinental şelfdə aşkarlanması ehtimalı isə yüksəkdir", - Sergey Donskoy bildirib. 

Son xəbərlər

Orphus sistemi