Yuxarı

Azərbaycanda 2021-ci ildə qaz hasilatı 45 mlrd.kubmetrə çatdırılacaq

​2021-ci ildə Azərbaycanda qaz hasilatı 45 mlrd.kubmetrə çatdırılacaq
© Report/ Firi Salim

"Azərbaycanda 2021-ci ildə qaz hasilatının 45 mlrd.kubmetrə çatdırılacağı proqnozlaşdırılır".

"Report” xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycanda qaz hasilatında 19%, qaz ixracında isə 25% artım gözlənilir.

"Qaz hasilatı və ixracının artmasında Xəzər regionu qaz infrastrukturunun Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək Cənub Qaz Dəhlizi layihəsinin icrası istiqamətində görülmüş işlər əhəmiyyətli rol oynayır. Layihə üzrə işlər yekun mərhələdədir. Cənub Qaz Dəhlizi ölkədə digər qaz yataqlarının işlənməsinə təkan verdiyinə görə də çox əhəmiyyətlidir.2019-2020-ci illərdə "Abşeron"qaz-kondensat yatağı,"Şəfəq-Asiman", "Babək" perspektiv strukturları,"Qarabağ","Ümid" yataqları üzrə görüləcək işlər yaxın gələcəkdə ölkənin qaz hasilatında artımı təmin edəcək.

Bu işlər imkan verir ki,Azərbaycanın gələcəkdə karbohidrogen resurslarının hasilatçısı və təchizatçılarından biri kimi rolu güclənsin,yaradılan enerji nəqli dəhlizlərinin imkanları artsın, yeni bazarlara çıxış əldə olunsun",- nazir qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi