2018-ci ildə “Şahdəniz” yatağının əsaslı xərcləri 2 dəfə azalıb

2018-ci ildə “Şahdəniz” yatağının əsaslı xərcləri 2 dəfə azalıb Bakı. 13 fevral. REPORT.AZ/ 2018-ci ildə “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 578 mln. ABŞ dollarından çox əməliyyat xərcləri çəkilib.
Energetika
13 Fevral , 2019 15:11
2018-ci ildə “Şahdəniz” yatağının əsaslı xərcləri 2 dəfə azalıb

Bakı. 13 fevral. REPORT.AZ/ 2018-ci ildə “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 578 mln. ABŞ dollarından çox əməliyyat xərcləri çəkilib.

Bu barədə “Report” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı illik hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 127 mln. dollar və ya 28,16% çoxdur.

Ötən il ərzində yataq üzrə, təqribən, 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 1,44 mlrd. dollar və ya 2 dəfə azdır.

Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.

Qeyd edək ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi