Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Hesabatına yeni müddəa əlavə edib

Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Hesabatına yeni müddəa əlavə edib Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda 2018-ci il HSŞ Hesabatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.
Energetika
30 May , 2019 18:19
Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Hesabatına yeni müddəa əlavə edib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda 2018-ci il HSŞ Hesabatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

Fonddan “Report”a verilən məlumata görə, iclas zamanı İşçi Qrup üzvləri 2018-ci il üzrə HSŞ Hesabatını və onun əhatə dairəsini, hesabatlılıq formalarını ətraflı müzakirə edib.

İclasda 2018-ci il üzrə hesabatının hazırlanması prosesinə start verilib, hesabatlılığın genişləndirilməsi məqsədilə gender bərabərliyi üzrə məlumatları əhatə edən müddəanın hesabat formasına əlavə edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi