2011-2017-ci illərdə SOCAR Rumıniyaya 77,7 mln. dollar investisiya yatırıb

2011-2017-ci illərdə SOCAR Rumıniyaya 77,7 mln. dollar investisiya yatırıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rumıniyaya 2011-ci ildən 2017-ci ilin sonuna kimi qoyulmuş sərmayənin ümumi həcmi, təqribən, 77,7 mln. ABŞ dollarına bərabərdir.
Energetika
3 Sentyabr , 2018 15:54
2011-2017-ci illərdə SOCAR Rumıniyaya 77,7 mln. dollar investisiya yatırıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rumıniyaya 2011-ci ildən 2017-ci ilin sonuna kimi qoyulmuş sərmayənin ümumi həcmi, təqribən, 77,7 mln. ABŞ dollarına bərabərdir.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.

Məlumata görə, bu sərmayələr vasitəsilə 39 yanacaqdoldurma məntəqəsi (YDM) açılıb və fəaliyyətə başlayıb.

Eyni müddət ərzində şirkət Rumıniya hökumətinə, ümumilikdə, 86,4 mln. dollar həcmində vergi ödəyib.

Qeyd edək ki, SOCAR Rumıniya bazarındakı fəaliyyətini “SOCAR Romania S.A” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 30 yanvar 2011-ci ildə ROMTRANSPETROL strukturu əsasında Botosani şəhərində təsis edilib və cəmi 12 YDM ilə fəaliyyətə başlayıb. Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.

31 dekabr 2017-ci il tarixinə şirkət 39 YDM və 2 neft bazası ilə fəaliyyət göstərir. Eyni vaxta olan məlumata görə şirkətin işçilərinin sayı 523 nəfərdir və bunlardan yalnız 4 nəfəri Azərbaycan vətəndaşıdır. 

Son xəbərlər

Orphus sistemi