Yuxarı
    Bağlamaq

    Zoologiya İnstitutu Mingəçevirdə dekorativ balıqlar və tibb zəlisi yetişdirir

    Bu məqsədlə laboratoriyanın bütün göllərində melorasiya işlərinə başlanılıb

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Zoologiya İnstitutu Mingəçevirdə dekorativ balıqlar və tibb zəlisi yetişdirir.

    Bu barədə "Report"a İnstitutdan məlumat verilib.

    Məlumata görə, AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi (Hirudo medicinalis) yetişdirilir.

    Hazırda institut tərəfindən “Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, həmçinin “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır.

    Bu məqsədlə laboratoriyanın bütün göllərində melorasiya işlərinə başlanılıb. Balıqlar ovlanaraq duz məhlulundan və marqansdan keçirilib, çeşidlənib və müvafiq olaraq göllərə paylanılıb.

    İnstitutun direktoru Elman Yusifov layihələrin gedişatı ilə maraqlanmaq üçün Mingəçevir Elmi-Təcrübə laboratoriyasında olub, müvafiq tapşırıqlar verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi