Zaur Məmmədyarov Rusiyada müsabiqənin qalibi oldu

Zaur Məmmədyarov Rusiyada müsabiqənin qalibi oldu Rusiyanın paytaxtı Moskvada Milli Araşdırma Texnoloji Universiteti MİSiS-də idarəçilər müsabiqəsi olan “Rusiyanın liderləri”nin “Elm” ixtisaslaşmasının yarımfinalı keçirilib.
Elm və təhsil
21 Mart , 2020 16:54
Zaur Məmmədyarov Rusiyada müsabiqənin qalibi oldu

Rusiyanın paytaxtı Moskvada Milli Araşdırma Texnoloji Universiteti MİSiS-də idarəçilər müsabiqəsi olan “Rusiyanın liderləri”nin “Elm” ixtisaslaşmasının yarımfinalı keçirilib.

“Report” xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (REA DİBMİ) rəsmi saytında yer alıb.

Yarımfinala Rusiyanın 52 bölgəsindən 214 müsabiqə iştirakçısı qatılıb. Superfinala 7 bölgədən 10 nəfər çıxa bilib.

Mərkəzi Federal Dairə üzrə birinci yeri REA DİBMİ-nin Elm və innovasiya şöbəsinin İnnovasiya siyasəti sektorunun böyük elmi işçi Zaur Ayaz oğlu Məmmədyarov tutub.

Qeyd edək ki, “Rusiyanın liderləri” müsabiqəsinin “Elm” ixtisaslaşması Rusiya prezidentinin “Rusiya - imkanlar ölkəsi” flaqman layihəsidir.  

Son xəbərlər

Orphus sistemi