Zaqatala və Astarada yeni məktəblər açılıb

Zaqatala və Astarada yeni məktəblər açılıb Məktəb açılışlarında təhsil nazirinin müavinləri iştirak edib
Elm və təhsil
24 Dekabr , 2015 15:54
Zaqatala və Astarada yeni məktəblər açılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Zaqatala rayonu Yengiyan kənd və Astara rayonu Artupa kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib. Təhsil Nazirliyindən "Report"a verilən məlumta görə, Yengiyan kənd tam orta məktəbinin açılışnda nazir müavini Ceyhun Bayramov, Artupa kənd məktəbinin açılışında isə digər müavin Firudin Qurbanov iştirak edib. 

Açılış mərasimlərində çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın bütün bölgələrində yeni məktəblər inşa olunur və köhnə məktəb binaları əsaslı təmir edilir. Yeni tədris ocaqları vahid standart əsasında müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur. Bilidirilib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu isə Prezident İlham Əliyevin təhsilə olan xüsusi qayğısını əks etdirir.

Qeyd edək ki, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbi 264, Astara rayonu Artupa kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. Tədris ocaqları sinif otaqları, fənn laboratoriyaları, kompüter və müəllimlər otağı, akt və idman zalı, yeməkxana, hərbi hazırlıq, əmək təlimi, inzibati, texniki və tibb otaqları, kitabxana və yeməkxanadan ibarətdir. Hər iki məktəb müasir tələblərə cavab verən mebel və avadanlıqla təmin olunub.

Məktəb binalarında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri mövcuddur, həmçinin təhsil ocaqlarına internet və telefon xətləri çəkilib. Təhsil müəssisələrinin istiliklə təminatı üçün müasir tələblərə cavab verən qazanxana quraşdırılıb. Məktəblərin ərazisində inşa olunmuş futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edir.

Təhsil müəssisələri üçün ayrıca transformator yarımstansiyası quraşdırılıb və ehtiyat su anbarı tikilib. Tədris ocaqlarının ərazisi abadlaşdırılıb, ağaclar və gül kolları əkilib.

Son xəbərlər

Orphus sistemi