Səfir: "170-dən çox azərbaycanlı Britaniyada "Chevening" proqramı üzrə təhsil alıb" - FOTO

Səfir: "170-dən çox azərbaycanlı Britaniyada "Chevening" proqramı üzrə təhsil alıb" - FOTO Tədris Derema, Oksford, Qlazqo, Mançester ali məktəblərində reallaşıb
Elm və təhsil
25 Avqust , 2016 22:43
Səfir: 170-dən çox azərbaycanlı Britaniyada Chevening proqramı üzrə təhsil alıb - FOTO

Bakı. 25 avqust. REPORT.AZ/ 1994-cü ildən bu günə kimi 170-dən çox azərbaycanlı Britaniyanın ali məktəblərində "Chevening" proqramı üzrə təhsil alıb.

"Report"un məlumatına görə, bu barədə "Chevening" proqramına həsr olunmuş tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts bildirib.

Səfirin sözlərinə görə, bu proqram dünyada 1983-cü ildən fəaliyyət göstərir və onun təxminən 44 min məzunu olub.

"Chevening" proqramı Azərbaycanda 1994-ci ildən fəaliyyət göstərir. İndiyədək Böyük Britaniyanın nüfuzlu ali məktəblərində proqram çərçivəsində 170-dən çox azərbaycanlı təhsil alıb. Belə ki, 2015-ci ildə Azərbaycandan "Chevening"də iştirak etmək üçün 9 nəfər, 2016-cı ildə 5 nəfər seçilib" - deyə Kerol Krofts vurğulayıb.

Səfir əlavə edib ki, onlar Derema, Oksford, Qlazqo, Mançester və s. nüfuzlu ali məktəblərdə təhsil alırlar.

O qeyd edib ki, gələn il üçün qəbul davam edir və proses noyabrın 8-də başa çatacaq.

"Bu proqramın məzunları ciddi seçimdən keçərək ölkəmizin mədəniyyəti və dəyərləri ilə yaxından tanış ola biləcəklər" – deyə Kerol Krofts qeyd edib.

O, həmçinin "Chevening" proqramının Azərbaycan məzunları Assosiasiyasının yaradılması təşəbbüsü barədə danışıb.

Son xəbərlər

Orphus sistemi