Yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verilib

Yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verilib "Sabahın alimləri" IV Respublika müsabiqəsi başlayıb
Elm və təhsil
12 Fevral , 2015 14:48
Yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verilib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsi başlayıb. "Report" xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Nazirin sözlərinə görə, bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfuzlu beynəlxalq tədbirə seçim turudur: "Müsabiqəyə 200 şagirdin hazırladığı 106 elmi layihəsi təqdim olunub. Bu layihələrdən 67-si kollektiv, 39-u fərdi qaydada hazırlanıb. Qalib gələcək 3 layihənin müəllifi may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanacaq".

Qeyd edək ki, fevralın 14-dək davam edəcək müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi