Bakı. 18 sentyabr. REPORT.AZ/
O bildirib ki, tələbələr ya universitetdə ödədikləri təhsil haqqı qədər, ya da ondan aşağı məbləğdə təhsil haqqını ödəməlidirlər: "Bildiyiniz kimi, Bakı Asiya Universitetinin tələbələri digər 4 özəl ali məktəbə köçürülüb. Həmin universitetlərdən biri təhsil haqqını öz təhsil haqları qədər ödətdirmək istəyirdi ki, bu da Bakı Asiya Universitetinin təhsil haqqından çox yüksək idi. Lakin köçürülmə zamanı Təhsil Nazirliyinin müvafiq şöbəsi universitet rəhbərliyi ilə danışıqlar apardı və həmin universitetlər öhdəlik götürdü ki, köçürülən tələbələr Bakı Asiya Universitetində ödədikləri təhsil haqqını burada da ödəyə biləcəklər. Odur ki, burada hər hansı təhsil haqqının artırılmasından söhbət gedə bilməz".
C.Bayramov onu da qeyd edib ki, Bakı Asiya Universiteti təhsil müəssisəsi kimi qeydiyyatdan keçib və heç bir sənədi ləğv olunmayıb: "Sadəcə, onun fəaliyyət göstərməsi üçün 5 illik lisenziya lazımdır. Həmin lisenziyanın vaxtı bitib. Yenidən lisenziyanın artırılması üçün Bakı Asiya Universiteti də Təhsil Nazirliyinə müraciət etməyib. Gələcəkdə müraciət olsa, nazirlik buna baxa bilər".