Yuxarı

“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat müddəti uzadılıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyənlər 21 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi