Yuxarı

Yol polisi məktəbliləri maarifləndirdi

Yol polisi məktəbliləri maarifləndirdi

Bu gün Humanitar Fənlər Təmayüllü məktəb-liseyində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə Azərbaycanda, yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü ilə tədbir təşkil edilib.

"Report" xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Daxili İşlər Nazirliyi və Xətai Rayon Polis İdarəsindən nümayəndələr, kütləvi informasiya vasitələri, məktəb-liseyinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin aparılması Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdürü Fəridə Süleymanova həvalə edilib. Şagirdlər komandalar quraraq yarışıblar, onlara ünvanlanan suallarla yol hərəkəti haqqında biliklərini nümayiş etdirib və komandalar arasında müxtəlif yol hərəkəti qaydalarından ibarət maarifləndirici oyunlar oynayıblar.

Tədbirin yekununda qalib gələn komandalara BŞDYPİ-nin rəisi Rəşid Piriyevin imzası ilə təsdiqlədiyi təşəkkürnamələr, kubok və “İnci” şirkətinin məhsulları olan məktəb ləvazimatları hədiyyə kimi təqdim edilib. Əlavə olaraq zalda əyləşən şagirdlərdən ibarət tədbir iştirakçılarına da suallar ünvanlanıb və mükafatlandırılıblar.

Fəridə Süleymanova sonda Polkovniki və qonaqları səhnəyə dəvət edib. Səhnədə polis polkovniki Vaqif Əsədov, məktəb direktoru Nəzakət xanım, YPX.AZ media şirkətinin rəhbəri Səməndər Niftəliyev, avto ekspert Elməddin Muradlı və digər qonaqlar çıxış ediblər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tədbir haqqında məlumat verərək bildirib:

“Ümumiyyətlə Dövlət Yol Polisi əməkdaşları gündəlik inzibati tənbeh tədbirlərinin görülməsinə, profilaktik tədbirlərin keçirilməsinə, təbliğat işlərinin aparılmasına önəm verir. Əlbəttə ki, yol polisi olaraq fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Əvvəl hərəkətin təşkil edilməsi, daha sonra mərhələ təbliğatın aparılması, xidmət apardığımız ərazidə yol hərəkəti qaydalarını pozanlara inzibati tənbeh tədbirləri görməkdir ki, yol hərəkəti hadisələri sayının azalmasıdır. 

Bugünkü tədbirimizin məqsədi təbliğat işinin gücləndirilməsinə yönəlik olduğunu deməklə yanılmaram və məlumat üçün bildirim ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edilib ki, qəza hadisələri sayının aşağı düşməsində, xüsusilə məktəbli, azyaşlı uşaqların həyat və sağlamlığının qorunmasında təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulub. Bu baxımdan Bakı şəhər ərazisində yerləşən təhsil müəssisələri və yaxud təhsiləqədər müəssisələrdə bu tədbirlərin keçirilməsi və keçirilən görüşlərdə azyaşlı uşaqlara yol hərəkəti qaydalarından izahat işlərinin aparılması və təhlükəsizlik qaydalarının aşılanması öndə gedən məqsədimizdir.”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi