Yuxarı

Bakı məktəbləri arasında “Yol hərəkəti qaydaları və mən!” adlı bilik yarışı keçirilib

“Yol hərəkəti qaydaları və mən!” adlı bilik yarışı keçirilib

Məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirilmək, istedadlı uşaqları aşkar etmək məqsədilə aprelin 30-da 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirilib. 

Bakı Şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə, yarış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.

Yarışda 30 şagirddən ibarət 6 komandanın tərkibində Nərimanov rayonu 34, Sabunçu rayonu 81, Yasamal rayonu 158, Xəzər rayonu 183, Nizami rayonu 210, Suraxanı rayonu 279 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, texnika üzrə fəlsəfə doktoru, professor Əziz Talıbov, Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov, Bakı Şəhər Baş Polis İdarəsi İçtimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Məryəm Ömərovanın təmsil olunduğu münsiflər heyəti yarışı izləyib.

Hər raundda 12 sual olmaqla komandalar arasında 5 oyun keçirilib.

Qiymətləndirmə 1 balsistemiilə aparılıb. Yarışınnəticəsinə görə Nərimanovrayonu 34 nömrəlitamortaməktəbin “Sürücülər” komandası I, Suraxanı rayonu 279 nömrəlitamortaməktəbin “Qırmızılar” komandası II, Yasamalrayonu 158 nömrəlitamortaməktəbin “Sərnişinlər” komandası IIIyerə layiqgörülüb.

Qalib komandaların hər bir üzvü Diplom və medallarla təltif olunub. I, II və III yerləri tutan komandalara Diplom və yarışın Kuboku təqdim edilib. Bütün iştirakçı uşaqlara 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Təşəkkürnamələr və DYP İdarəsi tərəfindən müxtəlif hədiyyələr verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi