Yeni təhsil müəssisələrinin tikilməsi ideyası deputatlar arasında fikir ayrılığına səbəb olub

Yeni təhsil müəssisələrinin tikilməsi ideyası deputatlar arasında fikir ayrılığına səbəb olub Şəmsəddin Hacıyevin fikrinə deputat Asim Mollazadə etiraz edib
Elm və təhsil
6 Aprel , 2017 11:51
Yeni təhsil müəssisələrinin tikilməsi ideyası deputatlar arasında fikir ayrılığına səbəb olub

Bakı. 6 aprel. REPORT.AZ/ “Xarici sərmayədarlara şərait yaradılmalıdır ki, Azərbaycanda təhsil müəssisələri tiksinlər. Bu, təhsilin inkişafı üçün çox önəmlidir, bütün yük dövlətin üzərində olmamalıdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanda Milli Məclisinin Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitənin üzvü Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyevin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. O, bu məsələnin mümkün olmadığını deyib.

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar: “Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı şeylərdir”.

Komitə sədri İsa Həbibbəyli isə qeyd edib ki, təsisçinin azərbaycanlı olması vacibdir.

Son xəbərlər

Orphus sistemi