ADU-nun 10 tələbəsi yeni tədris ilində Çində təhsil alacaq

ADU-nun 10 tələbəsi yeni tədris ilində Çində təhsil alacaq ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans başlayıb
Elm və təhsil
4 May , 2015 19:52
ADU-nun 10 tələbəsi yeni tədris ilində Çində təhsil alacaq

Bakı. 4 may. REPORT.AZ/ Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans başlayıb. 

ADU-dan "Report"a verilən məlumata görə, Universitetin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov konfransın həm universitet, eyni zamanda, orta məktəblər üçün vacib olduğunu bildirib. O, “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda keçirilən konfransı universitetin illik hesabatı adlandıraraq bunun artıq bir ənənəyə çevrildiyini sözlərinə əlavə edib və konfransın materiallarının kitab şəklində nəşr olunduğunu vurğulayıb. 

Universitetin xarici əlaqələrə toxunan rektor bildirib ki, yeni tədris ilində universitet hesabına 10 tələbə Çin Xalq Respublikasında təhsil almağa göndəriləcək.

İki gün davam edəcək konfransın plenar iclasında ADU-nun müəllimləri Xədicə Cəfərova “Xarici dillərin tədrisində innovativ metodlardan istifadə”, Aytac Məmmədova “Dildə “yalançı dostlar” problemi”, Gilə Hüseynli “Amerika postmodern ədəbiyyatında”, Sənubər Zeynalova “Xarici dillərin tədrisi zamanı metaforaların koqnitiv-sintaktik interpretasiyası” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans mayın 5-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsi ilə başa çatdıracaq.

Son xəbərlər

Orphus sistemi