Yeni qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib-anlama bacarığı yoxlanılacaq

Yeni qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib-anlama bacarığı yoxlanılacaq Bakı. 17 noyabr. REPORT.AZ/ Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib-anlama bacarığını yoxlayacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.
Elm və təhsil
17 Noyabr , 2018 14:19
Yeni qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib-anlama bacarığı yoxlanılacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ "Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib-anlama bacarığını yoxlayacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır: "Şagirdlərin danışmaq standartlarını da yoxlamağa hazırıq. Amma iki il yarım biz şagirdlərin dinləyib-anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialımız var".

M.Abbaszadə xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklərini qeyd edib. "Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoloji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs laızmdır, o resurslar veriləndən sonra biz bunu tətbiq edəcəyik".

Son xəbərlər

Orphus sistemi