Yuxarı
    Bağlamaq

    Yeni orfoqrafiyada nazirlərin vəzifələrinin yazılış forması müəyyənləşib

    Mürəkkəb adlarda sahə bildirən sözün böyük, vəzifə bildirən sözün (nazir) kiçik hərflə yazılması təklif olunur

    Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən sözün (Səhiyyə) böyük, vəzifə bildirən sözün (nazir) kiçik hərflə yazılması təklif olunur.

    “Report” xəbər verir ki, yeni qaydalara əsasən, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılması təklif olunur. Məsələn, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

    Qeyd edək ki, əvvəlki orfoqrafiya qaydalarında nazirlərin vəzifələrinin yazılış qaydası yer almayıb.

    Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

    Layihə təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi