Yeni Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrə yekun vurulub

Yeni Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrə yekun vurulub Layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək
Elm və təhsil
13 Sentyabr , 2018 18:20
Yeni Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrə yekun vurulub
AMEA / Report

Bakı. 13 sentyabr. REPORT.AZ/ Orfoqrafiya Komissiyasının bu gün keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə yekun vurulub.

"Report"un xəbərinə görə, iclasda elan edilib ki, Azərbaycanda müstəqillik dövründə sistemli şəkildə ilk dəfə, elmi cəhətdən əsaslandırılmış Orfoqrafiya qaydaları qəbul edilib. Müzakirələr zamanı 3 maddə qəbul edilməyib.

Yeni Orfoqrafiya qaydaları 66 maddədən ibarət olacaq.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, yeni qaydalar əsasında müasir tələblərə cavab verən yeni Orfoqrafiya lüğəti hazırlanacaq: "Artıq Orfoqrafiya Komissiyası layihəni qəbul edib, layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək".

Son xəbərlər

Orphus sistemi