Yuxarı

Azərbaycanda yeni alma və armud sortları yaradılıb

Gön-dəri, yun məhsullarının yeni alınan təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilib

Bakı. 13 aprel. REPORT.AZ/ "AMEA-nın Şəki Regional Elmi Mərkəzində son 5 ildə uğurlu elmi nəticələr əldə olunub". Bu barədə "Report"a AMEA-dan bildirilib.

Belə ki, Mərkəzdə ipək çıxımı 8-10 faiz artıq olan, xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılıb.

Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilib. Gön-dəri, yun məhsullarının yeni alınan təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilib. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanıb. Yeni alma və armud sortları yaradılıb. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilib.

Mərkəz tərəfindən bölgə folklorunun toplanması, tədqiqi aparılıb, folklor muzeyi yaradılıb. Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları nəşr edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi