Yeni akademiyanın prorektorlarının sayı açıqlanıb

Yeni akademiyanın prorektorlarının sayı açıqlanıb Onlar mədəniyyət və turizm naziri tərəfindən vəzifəyə təyin və azad ediləcək
Elm və təhsil
26 Dekabr , 2014 22:42
Yeni akademiyanın prorektorlarının sayı açıqlanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi Akademiyanın rektorundan və 4 prorektorundan ibarət olacaq. “Report” xəbər verir ki, bu barədə Akademiyanın Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş Nizamnamə sənədində qeyd olunub.

Sənədə əsasən, Akademiyanın rektoru mədəniyyət və turizm nazirinin təqdimatına əsasən Azərbaycan Prezidenti tərəfindən, Akademiyanın prorektorları isə Akademiya rektorunun təqdimatına əsasən mədəniyyət və turizm naziri tərəfindən vəzifəyə təyin və azad ediləcək.

Son xəbərlər

Orphus sistemi