Yaponiyalı iş adamları azərbaycanlı tələbələrlə görüşüb

Yaponiyalı iş adamları azərbaycanlı tələbələrlə görüşüb Görüşdə Azərbaycan və Yaponiya arasında əlaqələrin qurulması yolları müzakirə edilib
Elm və təhsil
11 Mart , 2016 10:28
Yaponiyalı iş adamları azərbaycanlı tələbələrlə görüşüb

Bakı. 11 mart. REPORT.AZ/ Təxminən 20 yaponiyalı iş adamından ibarət qrup Bakıda azərbaycanlı tələbələrlə görüş keçirib.

"Report" xəbər verir ki, görüş Azərbaycan Dillər Universitetində baş tutub.

Görüş zamanı iqtisadiyyat sahəsi üzrə yaponiyalı ekspert Kazuyasu İşidanın başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyəti iki ölkə arasında əlaqələrin qurulması yollarını, eləcə də bu əlaqələrin möhkəmlənməsinə mane olan əngəllərin aradan qaldırılması yollarını müzakirə edib.

Öz növbəsində, görüşdə iştirak edən tələbələr Azərbaycan-Yaponiya əlaqələrinin möhkəmləndirilməsində necə faydalı ola biləcəkləri barədə danışıb.

Son xəbərlər

Orphus sistemi