​Yaponiya səfiri Azərbaycan Dövlət Neft və Sənaye Universitetini ziyarət edib

​Yaponiya səfiri Azərbaycan Dövlət Neft və Sənaye Universitetini ziyarət edib Səfir bir sıra auditoriya və laboratoriyalarla tanış olub
Elm və təhsil
16 Mart , 2016 20:41
​Yaponiya səfiri Azərbaycan Dövlət Neft və Sənaye Universitetini ziyarət edib

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib.

ADNSU-dan "Report"a verilən məlumata görə, rektor universitetin tarixi, beynəlxalq əlaqələr və perspektivləri haqqında səfirə məlumat verib.

M.Babanlı xarici ölkələrlə qurulan əməkdaşlıq əlaqələrinin Azərbaycanda ali təhsilin inkişafı yönündə atılan addımlardan olduğunu qeyd edib. Rektor bu mənada Yaponiya təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını universitet üçün əhəmiyyətli hesab edib.

Səfir ADNSU-nun sovet dövründən nüfuzlu bir ali məktəb olduğunu qeyd edib və Azərbaycanla qurulan birgə iş və layihələrdən söz açıb. Səfir ümummilli lider Heydər Əliyevin vaxtından Yaponiyanın “İtochi” və “İmpeks” şirkətlərinin Bakı-Tblisi Ceyhan layihəsində iştirak etdiyini deyərək, hazırda Azərbaycan təbii qazının Avropaya nəqli ilə bağlı həyata keçirilən nəhəng layihələrdə də yapon şirkətlərinin böyük həvəslə iştirak etdiyini vurğulayıb.

Sonra səfir Tsuquo Takahaşini ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalovun müşaiyəti ilə bir sıra auditoriya və laboratoriyalarla tanış olub, tələbə və müəllimlərin istəklərini dinləyib. O, ADNSU-nun Tarix Muzeyi ilə tanış olub, orada fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına ürək sözlərini yazıb. 

Son xəbərlər

Orphus sistemi