Yuxarı

Gələn ilin yanvarında doktorantlar üçün ingilis dilindən imtahan keçirilə bilər

Yanvarda doktorantlar üçün ingilis dilindən imtahan keçirilə bilər

"Doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.

M.Abbaszadənin sözlərinə görə, I mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu ödənişli olacaq".

O qeyd edib ki, qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi