Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərin imtahana buraxılış vərəqəsinin çapına başlanılıb

Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərin imtahana buraxılış vərəqəsinin çapına başlanılıb İmtahan iyulun 27-də keçiriləcək
Elm və təhsil
25 İyul , 2017 10:39
Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərin imtahana buraxılış vərəqəsinin çapına başlanılıb

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün iyulun 27-də keçiriləcək imtahana buraxılış vərəqəsinin çapına başlanılıb.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Xatırladaq ki, ötən gün DİM “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin abituriyentlər üçün bütün sual kitabçaları yenidən tərtib olunacaq. Bütün sual kitabçaları yenidən tərtib olunacağına görə abituriyentlərə hansısa güzəşt olmayacaq.

Son xəbərlər

Orphus sistemi