Yuxarı
    Bağlamaq

    XV-XVI əsr şairi Əhməd Şövqi Təbrizinin divanı əldə edilib

    Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi–münşisi vəzifəsini icra edib

    Bakı. 22 aprel. REPORT.AZ/ AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirlər toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surətini əldə edib. Bu barədə "Report"a açıqlamasında Paşa Kərimov məlumat verib.

    Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun bir ömür yaşamış, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi-münşisi vəzifəsini icra etmiş, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə vəfat edib. Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylılar daxil edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi