Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün müsahibələr bu gündən başlanılıb

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün müsahibələr bu gündən başlanılıb Müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir
Elm və təhsil
21 İyul , 2015 16:52
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün müsahibələr bu gündən başlanılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bakı şəhərində yerləşən və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə müsahibələr bu gündən etibarən başlanılıb. Bu barədə "Report"a İdarədən məlumat verilib.

Müsahibələr avqustun 3-nə qədər davam edəcək.

Müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçən valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirən şagirdlər isə mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.

Məlumatda bildirilir ki, hazırda 3 309 nəfər qediyyatdan keçib, onlardan 2 681 nəfər müsahibədə iştirak üçün buraxılış vərəqəsi, 628 nəfər isə təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilən məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib.

Qeyd edək ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi