Yuxarı

Xüsusi istedada malik uşaqlar arasında vaxtından əvvəl I sinfə qəbul olanların sayı açıqlanıb

Qeydiyyatdan keçən 63 nəfər müsahibədə iştirak etməyib

Bakı. 6 avqust. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinə xüsusi istedada malik 1 720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq İdarədən bildirilib.

Sorğuda qeyd olunub ki, bu günə qədər müsahibədə iştirak etmək məqsədilə sorğu verən 3 824 nəfərin 1 720-si müsahibə mərhələsindən keçib. Müsahibədə iştirak edən 1 287 nəfər isə müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər isə müsahibədə iştirak etməyib.

Həmçinin təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirən 750 uşaq sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.

Xatırladaq ki, müsahibədən keçənlər avqustun 15-dən sonra sənədlərini məktəblərə təqdim etməlidirlər.

Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün qeydiyyat iyulun 31-də, müsahibələr üçün avqustun 4-də yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi