Xorvatiya prezidenti “ADA” Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib

Xorvatiya prezidenti “ADA” Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib Kolinda Qrabar-Kitaroviç iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib
Elm və təhsil
24 Oktyabr , 2016 17:45
Xorvatiya prezidenti “ADA” Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də “ADA” Universitetində olub.

"Report" xəbər verir ki, Prezident Kolinda Qrabar-Kitaroviç tələbələr qarşısında Azərbaycan-Xorvatiya əlaqələri mövzusunda mühazirə ilə çıxış edib.

Xorvatiya prezidenti ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirib. O, Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı körpü rolundan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən danışıb.

Sonda prezident tələbələrin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi