​Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda anılıb

​Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda anılıb Möhsün Nağısoylu: "Erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri bu cinayətin ağır nəticələri bu gün də özünü göstərir"
Elm və təhsil
25 Fevral , 2016 00:50
​Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda anılıb

Bakı. 24 fevral. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbirdə İnstitutun rəhbərliyi, əməkdaşları və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrindən biri olduğunu söyləyib: "Erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri bu cinayətin ağır nəticələri bu gün də özünü göstərir. Dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülən insanlar isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıb. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilən bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir".

Tədbirdə professorlar Sayalı Sadıqova, İsmayıl Məmmədli, İlhami Cəfərov, Qara Məşədiyev və başqaları çıxış edərək Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində dəhşətli bir vəhşilik aktı olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi