Xocalı məktəblilərinə kitablar hədiyyə olunub

Xocalı məktəblilərinə kitablar hədiyyə olunub Onlara 50 adda bədii kitab bağışlanıb
Elm və təhsil
7 Mart , 2017 19:24
Xocalı məktəblilərinə kitablar hədiyyə olunub
Bilik Fondu

Bakı. 7 mart. REPORT.AZ/ Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbdə olublar.

Fonddan "Report"a verilən məlumata görə, məktəblilərlə görüşən sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov onlara hərtərəfli inkişaf etmək və cəmiyyətdə öz yerini tutaraq layiqli vətəndaş kimi yetişmək üçün kitabların rolundan danışıblar. Uşaqların mütaliəyə marağını stimullaşdırmaq məqsədilə bu dəfə Xocalı məktəblilərinə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin hədiyyə etdiyi 50 adda bədii kitab bağışlanıb. Şagirdlər öz yazdıqları şeirlərdən parçalar səsləndiriblər.

Məktəblilərlə görüşdə iştirak edən “Qaranquş” jurnalının baş redaktoru Aysel Zahidqızı nəşrin yeni sayını onlara hədiyyə edib. Baş redaktor onu da bildirib ki, məktəblilərin yaradıcılıq nümunələri vaxtaşırı jurnalda işıqlandırılacaq.

Şagirdlər Bilik Fondunun əməkdaşları ilə görüşdən məmnun olduqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi