Xəzər Universiteti dünya ali məktəblərinin reytinqində Azərbaycan üzrə birinci olub

Xəzər Universiteti dünya ali məktəblərinin reytinqində Azərbaycan üzrə birinci olub Bu ilin fevralında dünya ali məktəblərinin növbəti Webometrics reytinqi açıqlanıb
Elm və təhsil
18 Fevral , 2015 01:59
Xəzər Universiteti dünya ali məktəblərinin reytinqində Azərbaycan üzrə birinci olub

Bakı. 18 fevral. REPORT.AZ/ Bu ilin fevralında dünya ali məktəblərinin növbəti Webometrics reytinqi açıqlanıb.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, dünya universitetləri arasında Azərbaycan ali məktəbləri də öyrənilir, tədqiq olunur. Reytinq cədvəlində bu dəfə də Xəzər Universiteti Azərbaycan üzrə birinciliyə nail olub.

Qeyd edək ki, Webometrics universitet kitabxanalarının reytinqini də elan edib. Bu reytinqdə Xəzər Universitetinin kitabxanası Azərbaycan üzrə birinci olub, Mərkəzi-Şərqi Avropa kitabxanaları reytinqində 70-ci yeri tutub.

Ətraflı məlumatı http://www.webometrics.info/en/Europe/Azerbaijan linki vasitəsilə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi