Yuxarı
    Bağlamaq

    Xəzər Strateji İnstitutunun nümayəndə heyəti BANM-də olub

    Görüşdə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub

    Bakı. 15 aprel. REPORT.AZ/ Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Səfər çərçivəsində Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, HASEN Ali Məşvərət Şurasının üzvü, professor Deniz Ülke Arıboğan, İstanbul Avrasiya İnstitutunun rəhbəri, HASEN Bilim və Uzmanlar Şurasının rəhbəri Bekir Günay, HASEN-in Baş katibi Haldun Yavaş, HASEN-in strateji və siyasi məsələlər üzrə koordinatoru Əfqan Niftiyev, HASEN-in tədris işləri üzrə koordinatoru Emin Axundzadə, tədqiqatçı Seda Birol BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələrilə görüş keçiriblər.

    BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb. Rektor Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən də söz açıb.

    Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. H.Akıncı təmsil etdiyi İnstitutun başlıca məqsədinin Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib. O, institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

    Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.

    Sonda qonaqlar professor-müəlim heyəti və tələbələrin suallarını cavablandırıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi