Xarici ölkələrdəki Fransız məktəblərində təhsil haqları azaldılacaq

Xarici ölkələrdəki Fransız məktəblərində təhsil haqları azaldılacaq Fransa hökuməti fransız dilinin xaricdə tədrisinə 25 milyon avro ayıracaq. Reportun Fransa bürosu xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian jurnalistlərə bildirib.
Elm və təhsil
30 Avqust , 2019 01:16
Xarici ölkələrdəki Fransız məktəblərində təhsil haqları azaldılacaq

Fransa hökuməti fransız dilinin xaricdə tədrisinə 25 milyon avro ayıracaq. "Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian jurnalistlərə bildirib. 

Nazirin sözlərinə görə, fransız dilinin xaricdə tədrisi üçün 2020-ci ildə dövlət büdcəsindən əlavə 25 milyon vəsait ayrılacaq.

Bundan əlavə daha 1000 nəfər fransız dili müəllimi xarici ölkələrə fransız dilini tədris etməyə göndəriləcək.

Jan-İv Le Drian, həmçinin, xarici ölkələrdəki fransız məktəblərində illik təhsil haqlarının da azaldılacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi