Xaricdə təhsil alan gənclər üçün “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda tədbir keçirilib

Xaricdə təhsil alan gənclər üçün “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda tədbir keçirilib Tədbirdə nazir müavinləri, digər dövlət rəsmiləri, universitet rektorları, xaricdə təhsil alan gənclər iştirak ediblər
Elm və təhsil
11 Aprel , 2017 11:11
Xaricdə təhsil alan gənclər üçün “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda tədbir keçirilib
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları üçün “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda növbəti işgüzar panel keçirilib.

“Report” xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, digər dövlət rəsmiləri, universitet rektorları, xaricdə təhsil alan gənclər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, dövlət proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk işgüzar panel ötən ilin dekabr ayında ADA Universitetində keçirilib. Bu dəfəki görüşün məqsədi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, “start-up” və sahibkarlıq sahəsinin inkişafına dəstək, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin genişləndirilməsi və fikir mübadiləsinin aparılmasına şərait yaradılmasıdır.

Dövlət Proqramı çərçivəsində məzun olan gənclər sahibkarlıq və start-up fəaliyyətininin inkişafı və gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşulub, təklif və rəylərini söyləyiblər.
Sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri və sahibkarlar arasında işgüzar görüşlər təşkil olunub.
Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” ilə ötən illər 3500-dən çox tələbə dövləti verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi